Dizayn, Marketinq, Yaradıcılıq və daha nələr nələr
Niyə mən?
Mənimlə işləmək üçün gör nə qədər səbəbin var:
Dizayn & Kopiraytinq
Düzgün mətn olmayan yerdə vizual öz effektini itirir, insanları çaşdırır, hətta markanızın imicinə xələl gətirir. Mənimlə bu ikisinin gücünü birləşdirin.
Brendinq & UX
Müxtəlif ehtiyaclar üçün müxtəlif dizayn mütəxəssisləri ilə işləmək əvəzinə, dizayn prosesinizi brendinqdən tutmuş UX-ə qədər təcrübəmlə asanlaşdırın.
Uyğun büdcə
Baş dizayner işə götürmək büdcənizə uyğun gəlmirsə, baş dizaynerin yüksək səviyyəli dizayn təcrübəsindən uyğun büdcə ilə tam zamanlı həzz alın.
Fikriniz burada qalmasın, siz tam arxayın biznesinizlə məşğul olub aşağıdakı işləri mənim öhdəliyimə buraxa bilərsiniz:
Dizaynerlə işləməyə büdcəsi olmayan kiçik biznes sahibləri və məzmun yaradıcıları!
Sizi də düşünmüşəm və Məzmun Dizaynı Telegram kanalımı yaratmışam.
Bu Telegram kanalım Sosial Media məzmun yaradıcıları, şəxsi brendinq və ya biznes hesabı idarə edənlər üçün nəzərdə tutulub. Bu kanalda Figma və Canva dizayn programlarını, dizayn nəzəriyyələrini, brend üslubunun yaradılmasını, düzgün font & rəng seçimlərini, sosial media üçün effektiv paylaşımların hazırlanmasını öyrədən video dərsliklərimi bölüşürəm.
Kanala üzv olmağın ən böyük üstünlüyü məndən birəbir dəstək almaq imkanının olmasıdır.
Sadəcə bir dəfə 100 AZN ödəniş etməklə bu Telegram kanalımı ömürlük əldə edə bilərsiniz.
Sosial Media hesablarımı izləyənlər üçün isə -30% güzəştlə bir dəfəlik ödəniş 70 AZN-dir.